banner
banner

Gündəm

Anadolu agentliyi Füzulidən reportaj hazırladı

Anadolu agentliyi Füzulidən reportaj hazırladı
Türkiyənin Anadolu agentliyi Azərbaycanın işğaldan azad edilmiş Füzuli rayonu haqqında reportaj hazırlayıb.
 
“Qarabağın məşhur memarı Qarabağinin Füzulidəki məscidindən sadəcə minarə qalıb” sərlövhəli reportajda təcavüzkar Ermənistanın işğalçılıq siyasətinin əsl mahiyyəti, erməni vandalizminin iç üzü oxuculara çatdırılır.

Bildirilir ki, Ermənistanın təcavüzkar siyasətinin əsl mahiyyəti Füzulidəki real mənzərə ilə özünü təsdiq edir. Füzulinin işğal edilmiş bütün yerlərində soyqırımı həyata keçirilib. Evlər dağıdılıb, talan olunub, məscid və qəbiristanlıqlar, tarixi və mədəni abidələr məqsədli şəkildə məhv edilib. Qarabağın və Azərbaycan memarlığının görkəmli simalarından biri olan Kərbəlayi Səfixan Qarabağinin inşa etdirdiyi Hacı Əli Əkbər Məscidi də şəhərin bir çox memarlıq abidəsi kimi ermənilər tərəfindən dağıdılıb. Onun yalnız dağılmış minarə və sütunları qalıb.

Qeyd edilir ki, indi Azərbaycan bu əraziləri özünə qaytarıb, öz bayrağını ucaldıb. Bundan əlavə, reportajda Füzuli rayonu haqqında ətraflı məlumat verilib.





Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.