Bu ilin fevralında qətlə yetirilən məşhur siyasətçi Boris Nemtsovun 13 yaşlı qızı model biznesinə başlayıb.
Dina Yulia Prohorovanın "Beloe Zoloto” moda evi üçün kamera qarşısına keçib. Çəkilişlərdə Dina Nemtsovun anası, jurnalist Yekatrina Odintsova da iştirak edib. Bu, şeir yazan və gitarada ifa etməyi sevə Dinanın model biznesində ilk debütüdür.
Bu gün Xalq artisti Zeynəb Xanlarova yubileyini qeyd edir.
Cia.az xəbər verir ki, onun 85 yaşı tamam olur. Uzun müddətdir ictimaiyyət arasında, efirlərdə görünməyən sənətkar müsahibələrinin birində deyib ki, mərhum anası ona 120 il yaşayacağını deyirmiş: “Mənim anam 100 yaşında rəhmətə gedib. Ona görə də mən uzunömürlülərdənəm. Məni Allahım, xalqım daim yaşadacaq”.