İcbari Sığorta Bürosu vətəndaşlara müraciət etdi. Yol-nəqliyyat hadisələri zamanı zərərçəkmiş şəxslərə kompensasiya verilməsi zamanı bəzi neqativ hallara rast gəlinir. Bu əsasən vətəndaşın özünü sığorta agentləri və ya hüquq-mühafizə orqanı əməkdaşı kimi təqdim edən vasitəçilər tərəfindən aldadılmasıdır. Məhz buna görə, icbari sığorta bürosu vətəndaşları vasitəçilərə inanmamağa çağırır. İcbari Sığorta Bürosunun şöbə müdiri Fatma Nuriyeva deyir ki, onlar ödəniş birbaşa vermir. Çünki ödəniş poçt vasitəsilə yaşadığı ünvana göndərilir. Əgər qanun pozuntuları olarsa bunun qarşısı mümükün qədər alınır. Zərərçəkmiş şəxslərə 750-5000 manat arası ödəniş verilir. Əgər icbari sığorta müqaviləsi olmayan şəxsin idarə etdiyi nəqliyyat vasitəsi qəza törədərsə və üçüncü şəxsin sağlamlığına zərər vurularsa kompensasiya ödənişləri verilir. Bu zaman zərərçəkmiş şəxslər və ya onların hüquqi varisləri tələb olunan sənədləri büroya təqdim etməklə 750 manatdan 5000 manata qədər kompensasiya ödənişi əldə edə bilər. Bu qayda qəzanın naməlum nəqliyyat vasitəsi tərəfindən törədilməsi zamanı da tətbiq olunur. Kompensasiya almaq üçün büroya şəxsiyyət vəsiqəsinin surətini, dəymiş ziyanın ağırlıq dərəcəsi barədə həkimdən arayış təqdim etmək lazımdır. Ölüm halında isə tibbi ekspertizanın ölümün səbəbi haqqında hesabatı tələb olunur. Bu ilin ilk rübündə büro 62 min manat kompensasiya ödəyib.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.