banner
banner

Gündəm

İrəvandan şok etiraf: 2996 ölü hərbçi ilə bağlı ekspertiza başa çatdı

İrəvandan şok etiraf:

Ermənistan 44 günlük Qarabağ döyüşlərindəki itkiləri barədə ilk dəfə ciddi etiraf edib.

Ermənistanın Səhiyyə Nazirliyinin yaydığı açıqlamada bildirilir ki, Azərbaycanla döyüşlərdə ölmüş 2996 hərbçi ilə bağlı məhkəmə tibbi ekspertiza həyata keçirilib. “Müharibə başlayandan 1816 hərbçi ailəsindən, 993 hərbçi meyitindən DNK nümunəsi götürülüb”,- deyə Səhiyyə Nazirliyinin mətbuat katibi Alina Nikoqosyanın yaydığı açıqlamada bildirilir.

Qeyd olunur ki, öldürülmüş hərbçilərin şəxsiyyətinin aydınlaşdırılması istiqamətdə araşdırmalar davam etdirilir.

Rəsmi məlumatda həmçinin bildirilir ki, dünənədək Qarabağdakı qondarma rejimi 27 sentyabr döyüşlərindən sonra 1 779 “hərbçi” (əslində terrorçu-red.) itirib.

Qeyd edək ki, biz əvvəlki günlərdə də diqqəti yalnız Qarabağdakı qondarma rejimin itkilərinin açıqlanmasına çəkirdik və Ermənistanın məhv edilmiş hərbçilərlə bağlı məlumatları gizlətdiyini qeyd edirdik. Artıq Nikol Paşinyan “sandığı” açıb və itkilərini etiraf etməyə başlayıb, özü də birdən-birə 3 minini! Xatırladaq ki, Ermənistan hələ də yüzlərlə hərbçinin taleyindən məlumat ala bilmədiyini vurğulayır və itkinlərin tapılması üçün Rusiya rəhbərliyindən kömək istəyir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.