banner
banner

Gündəm

Hande Harmancı: “Belə davam edərsə, Azərbaycanda səhiyyə sistemi bu yükün altından qalxa bilməyəcək”

Hande Harmancı:

“Özümüzə diqqət etməsək səhiyyə sistemi bu yükü qaldıra bilməyəcək”.

APA-nın yerli bürosunun məlumatına görə, bunun Gəncə şəhərində səfərdə olan Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı bildirib.

Onun sözlərinə görə, ən birinci vasitə qorunmaq və gigiyenik qaydalara əməl edilməsidir.

“Bilirsiniz ki, Azərbaycanda koronavirusa yoluxma artır. Hər kəsin olduqca diqqət etməsi lazımdır.  Artım bu şəkildə davam edərsə, səhiyyə sistemi bu yükün altından qalxa bilməyəcək. Dünya səhiyyə sistemi belə artan xəstələrin yükünü qaldırmaqda çətinlik çəkər. Hər kəsin özünü qoruması lazımdır. Xüsusən qış aylarında bütün gigiyenik qaydalara əməl edilməsi çox önəmlidir. Düzdür, son 10 gündə yoluxma sayında kiçik də olsa, azalma müşahidə olunur. Ümid edirik ki, karantin rejiminin tətbiqi ilə vəziyyət yaxşılığa doğru dəyişəcək”, - deyə, H.Harmancı qeyd edib. 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.