ABŞ-ın Qida Məhsulları və Dərmanlara Nəzarət İdarəsi: “Moderna” peyvəndi təhlükəsizdir və 95% təsirlidir
ABŞ-ın Qida Məhsulları və Dərmanlara Nəzarət İdarəsi “Moderna”nın koronavirusa qarşı hazırladığı peyvəndin təsirli olduğunu təsdiqləyib.
APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, İdarənin hesabatında bildirib ki, “Moderna”nın peyvəndi təhlükəsizdir və 95% təsirlidir.
Bu isə İdarənin bu peyvəndi təsdiqləyəcəyini göstərir. Əgər “Moderna”nın peyvəndi təsdiqlənərsə, bu artıq təsdiqlənmiş və istifadəsinə rəsmi şəkildə icazə verilmiş ikinci peyvənd olacaq.
Qeyd edək ki, daha öncə “Pfizer”-“BionTech” peyvəndi təsdiqlənib. “Pfizer”-“BionTech”in peyvəndindən fərqli olaraq “Moderna”nın peyvəndi daşınma zamanı çox aşağı temperaturda saxlanmanı tələb etmir.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.