banner
banner

Gündəm

"Real" La Liqa matçında "Atletik"ə qalib gəlib

"Real" La Liqa matçında "Atletik"ə qalib gəlib

Futbol üzrə İspaniya çempionatının növbəti matçında “Real Madrid “Atletik"lə qarşılaşıb.

“Report” xəbər verir ki, görüş Madridin “Alfredo di Stefano” stadionunda boş tribunalar qarşısında keçirilib və meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə qurtarıb.

Qaliblərin heyətində Toni Kroos və dubl etmiş Kərim Benzema fərqlənib.

Rəqib komandanın yeganə qolunu Ander Kapa vurub.

Zinəddin Zidanın yetirmələri bu qələbədən sonra 26 xal toplayıblar və La Liqanın yarış cədvəlində üçüncü yerdə mövqe tutublar.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.