banner
banner

Gündəm

Deputat: “Test sahəsində monopoliyaya son qoyulmalıdır”

Deputat: “Test sahəsində monopoliyaya son qoyulmalıdır”

“Özəl sektorda fəaliyyət göstərən bütün tibb müəssisələri koronavirusla mübarizəyə cəlb edilməlidir”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Musa Urud deyib.

Deputat bildirib ki, bunu məcburi etmək olmaz: “Amma müxtəlif həvəsləndirici tədbirlərlə bunu etməliyik. Açıqlama vermişdilər ki, bir xəstəyə gündəlik 100-150 manat xərclənir. İcbari Tibbi Sığorta Agentliyi özəl müəssisələrə 200 manat ödəyə bilər. COVID-19 xəstələrini xəstəxanaya yerləşdirməliyik”.

Deputat təklif edib ki, ekspress testlər ölkəyə gətirilib satılsın: “Test sahəsində monopoliyaya son qoyulmalıdır. Hər kəs ekspress testlər vasitəsilə özü evdə test edə bilər”.  

Deputat qeyd edib ki, 600 min nəfərə qədər insana yenidən 190 manat veriləcək: “Bu siyahıya yenidən baxılmalıdır. Hamımız əlimizi daşın altına qoymalıyıq”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.