Fəzail Ağamalıdan təklif: “Ayrılan 2,2 milyardlıq vəsait artırılmalıdır”
“Bu gün Azərbaycan xalqının və dövlətimizin qarşısında duran ən vacib vəzifə işğaldan azad edilmiş ərazilərimizə qayıtmaqdır”. Bunu Milli Məclisdəki büdcə müzakirələrində deputat Fəzail Ağamalı söyləyib. Büdcə layihəsində sosial layihələr, pensiyalar və digər sahələrə vəsaitlərin ayrıldığını vurğulayan deputat qeyd edib ki, qalan bütün vəsait işğaldan azad edilmiş şəhər və kəndlərimizin abadlaşdırılmasına yönəldilməlidir: “Mənim də çoxsaylı təkliflərim var. Lakin düşünürəm ki, bu təkliflərin bu gün reallaşması mümkün deyil, həm də doğru deyil. İnsanların o ərazilərə qayıdışını təmin etməliyik. Hətta hesab edirəm ki, işğaldan azad edilmiş ərazilərin abadlaşması üçün ayrılmış 2,2 milyardlıq vəsait yetərli deyil, əlavə mənbələrdən istifadə etməklə bu vəsait artırılmalıdır”.
F.Ağamalı deyib ki, Azərbaycan iki cəbhədə müharibə apardı: “Bu müharibənin hər ikisində hökumətimiz öz peşəkarlığını göstərdi”.
Hökumət üzvlərinin müharibə dövründəki fəaliyyətini yüksək qiymətləndirən deputat həmkarlarını mükəmməl şəkildə hazırlanmış büdcə layihəsinə səs verməyə çağırdı.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.
“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.
Abşeronun şimal-şərqində yerləşən yaşayış məntəqələrini Bakı-Quba və Bakı-Şamaxı-Yevlax magistralları ilə birləşdirəcək Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolu inşa olunur.