Britaniyada son sutkada 39 min nəfərdə koronavirus aşkar olunub
Böyük Britaniyada aşkar olunan koronavirus infeksiyasına yoluxma hallarının sayı son bir gündə 39 036 nəfər artıb, daha 574 nəfər isə bu virusdan dünyasını dəyişib.
APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin məlumatında qeyd olunub.
Bildirilir ki, bundan bir gün əvvəl 39 237 nəfərə COVID-19 diaqnozu qoyulub, 744 nəfər isə virusun qurbanına çevrilib.
Ümumilikdə ölkədə pandemiya başlayandan bəri 2 188 587 nəfərdə koronavirusa yoluxma, 69 625 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.