Bakı-Qazax magistralının Şəmkir rayonu ərazisindən keçən hissəsində illərdir fəaliyyət göstərən inşaat materialları üzrə satış məntəqələri ləğv edilib. Bundan sonra tikinti materialları ancaq bir mərkəzdə satılacaq. Bunun üçün Sabirkənd bələdiyyəsinə məxsus, lakin istifadə olunmayan ərazidən 21 hektar torpaq sahəsi ayrılıb. Burada sahibkarların hüquqları qorunmaqla xüsusi satış məntəqələri də inşa olunub. Şəmkir rayonunun Sabirkənd bələdiyyəsinin nəzdində yaradılan Məhdud Məsuliyyətli Cəmiyyətin tərkibindəki inşaat materialları bazarının işə başlaması ilə digər pərakəndə satış köşkləri ləğv edilib. Açılış mərasimində çıxış edənlər bildirib ki, bu kompleks sakinlər üçün mühüm əhəmiyyət kəsb edir. Burada 65 iş adamının sahibkarlıqla məşğul olması üçün hər cür imkanlar yaradılıb. Şəmkir Rayon İcra Hakimiyyətinin şöbə müdirinin müavini Rasim Mustafayev deyib: “Bunun daha bir səmərəliliyi ondan ibarətdir ki, vətəndaşlar buradan iş yeri kimi də istifadə edəcəklər. Gələcəkdə burada yeni iş yerləri olacaq və ticarət obyektləri genişlənəcək”. Yaxın vaxtlarda MMC-nin nəzdində bir neçə emal müəssisəsinin və soyuducu anbarın inşası da planlaşdırılır. Açılış mərasimində yerli sakinlər bəzi təkliflərini dilə gətiriblər. Onlar ərazidə xırda ticarət köşklərinin yaradılmasını, yaşıllıqların salınmasını və iş yerlərinin açılmasını təklif ediblər. Qısa zamanda sadalanan müraciətlərin reallaşacağı diqqətə çatdırılıb. Sonda yeni obyektlərin rəsmi sənədləri sahiblərinə təqdim olunub.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.