banner
banner

Gündəm

Şuşada Qarabağ vəkil bürosu yaradılıb

Şuşada Qarabağ vəkil bürosu yaradılıb

"Qarşımızda Qarabağ bölgəsində yeni vəkil qurumlarının yaradılması kimi şərəfli vəzifə dayanır. Dədə-baba yurdlarına, doğma torpaqlarına qayıdan vətəndaşlarımıza keyfiyyətli hüquqi yardım göstərilməli, onların hüquqi yardıma çatımlılığı təmin edilməlidir. Vəkillik bu vəzifəni də ən qısa zamanda yerinə yetirəcək. Beləliklə, Vəkillər Kollegiyası illər boyu hüquqi yardıma çatımlılığın təmin olunmadığı ərazilərimizdə fəaliyyət göstərəcək. Artıq Qarabağ vəkil bürosu yaradılıb və o, Şuşada yerləşəcək. Biz çalışacağıq ki, həmin qurumun fəaliyyətinin təşkili üçün bütün lazımı səyləri göstərək".

"Report" xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının sədri Anar Bağırov açıqlama verib.

Prezident İlham Əliyevin 2019-cu il 25 dekabr tarixli Sərəncamına əsasən dekabrın 28-nin Azərbaycanda Vəkil Günü elan edildiyini vurğulayan A.Bağırov bildirib ki, bu il vəkillər üçün xüsusi əhəmiyyət kəsb edir:

"Vətən müharibəsindəki Qələbə ilində peşə bayramını qeyd etmək qürurvericidir. Bu gün Fəxri xiyabanı ziyarət edərək ulu öndər Heydər ƏIiyevin əziz xatirəsini yad etmək, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda həyatlarını qurban vermiş qəhrəmanların xatirəsini Şəhidlər xiyabanında anmağı özümüzə borc bilirik. İyirmi bir il əvvəl - 1999-cu il dekabrın 28-də xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanun qəbul olundu. Beləliklə, ölkədə demokratik, müstəqil, qeyri dövlət və bütün vəkilləri birləşdirən hüquqi təsisat kimi Vəkillər Kollegiyası fəaliyyətə başlayıb.

Sədr deyib ki, hazırda Vəkillər Kollegiyası dinamik inkişaf edir. Son illərdə ölkədə vəkillərin sayı xeyli artıb. Pandemiyaya baxmayaraq, onlayn imtahanlar davam edib. Eləcə də 100-dən çox namizəd vəkilliyə qəbul olunub. Bu il ölkədə vəkillərin sayı 1844-ə çatıb. Eyni zamanda, ölkədə vəkil qurumların sayı da artaraq 100-ə çatıb. Beləliklə demək olar ki, respublikanın bütün şəhər və rayonlarında vəkil qurumları fəaliyyət göstərir.

“Vəkillər Kollegiyası 44 günlük Vətən müharibəsi zamanı ölkəmizin haqq işinə dəstək vermək üçün var gücü ilə çalışıb. Müstəqil təşkilat olan Vəkillər Kollegiyası hüquqi və faktoloji əsaslar toplayaraq bütün beynəlxalq təşkilatlara hesabat xarakterli müraciətlər göndərib. Eyni zamanda, şəhidlərin ailə üzvləri, qazilər, ümumiyyətlə hərbi əməliyyatlarda iştirak edən əsgər və zabitlərin ailələri vəkillər tərəfindən keyfiyyətli pulsuz hüquqi yardım alırlar. Fərəh hissi ilə qeyd etməliyəm ki, yeddi vəkil hərbi əməliyyatlarda iştirak edib. Onlardan bir neçəsi dövlətimizin başçısının müvafiq Sərəncamları ilə təltif olunub və hər biri bu əməliyyatlarda həm vəkilliyi təmsil edib, həm də vətənpərvər vətəndaşlar kimi igidlik göstəriblər.

Bu gün, həmçinin Vəkillər Kollegiyasında onlayn konfrans keçiriləcək. Orada ölkədə fəaliyyət göstərən bütün vəkil qurumları təmsil olunacaq və fərdi vəkillər də iştirak edəcəklər. Konfrans Vətən müharibəsindəki böyük Qələbəyə həsr olunacaq”, - deyə A.Bağırov qeyd edib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.