banner
banner

Gündəm

İsrail mətbuatı: Azərbaycan yəhudiləri Qarabağda “mədəni soyqırımı” qorxusunu əsassız hesab edirlər

İsrail mətbuatı:

Ötən ay Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılması barədə razılıq elan ediləndə Azərbaycanın paytaxtı Bakı şəhərinin küçələrində bunun qeyd olunacağı gözlənilən idi. Azərbaycan torpaqlarının 30 illik işğalından sonra təxminən 700 min azərbaycanlı məcburi köçkün öz doğma evlərinə qayıda biləcək. Həmin vaxt Azərbaycan bayraqlarının yanında İsrail bayraqları da qürurla dalğalanırdı və bir yəhudi dini lider olaraq bu, mənim üçün heç də təəccüblü deyildi.

"Report" xəbər verir ki, bu fikirlər Azərbaycandakı aşkenazilərin baş ravvini Şneor Seqalın İsrailin nüfuzlu “The Jerusalem Post” qəzetində dərc edilmiş “Azərbaycan yəhudiləri Dağlıq Qarabağda “mədəni soyqırımı” qorxusunu əsassız hesab edirlər” adlı məqaləsində yer alıb.

Müəllif bəzi xarici media qurumları tərəfindən qeyd edildiyi kimi, Azərbaycan heç də xristian Ermənistanla dini qarşıdurma yaradan və dözümsüzlük nümayiş etdirən bir müsəlman ölkəsi deyil, əksinə, Azərbaycan dini və mədəni tolerantlığın, eləcə də inklüzivliyin hökm sürdüyü bir məkandır.

Ş.Seqal Azərbaycandakı tolerantlıqdan və çoxmədəniyyətlilikdən bəhs edərək, ölkədə müxtəlif mədəniyyətlərin və dinlərin nümayəndələrinin birgə mehriban şəraitdə yaşadıqlarını vurğulayıb. O, yazıb: “Azərbaycanda üç fərqli yəhudi qrupu var: dağ yəhudiləri, gürcü yəhudiləri və baş ravvini olduğum aşkenaz yəhudiləri. Azərbaycan əhalisi sünni və şiə müsəlmanlarından, xristianlığın müxtəlif qollarından ibarətdir. Hazırda azı 30 min erməni Azərbaycanı öz vətəni hesab edir”.

Baş ravvin yəhudi icmasının azərbaycanlılarla birlikdə yaşadığını və əməkdaşlıq etdiyini bildirib. O, Azərbaycan hökuməti tərəfindən katolik kilsəsinin inşası üçün torpaq sahəsi ayrıldığı zaman həmin kilsənin tikintisinin maliyyələşdirilməsinə kömək etmək üçün ölkədə yaşayan müsəlmanların və yəhudilərin bir araya gəldiklərini vurğulayır. 2016-cı ildə eyni kilsədə ibadət edən Roma Papası Fransisk Azərbaycandakı müsəlmanlar, xristianlar və yəhudilər arasındakı möhkəm əlaqələrə heyran qaldığını bildirib. O deyib ki, bu yaxşı münasibətlər dinc yanaşı yaşamaq və dünyada sülh üçün böyük əhəmiyyət daşıyır.

Azərbaycanda dini tolerantlığın şahidi olduğunu qeyd edən baş ravvin yəhudilərin dini atributları olan kipanı bu ölkədə qürurla geyindiklərini bildirib. O, bir çox Avropa ölkələrində hücum qorxusu ilə əlaqədar bağlı qalan sinaqoqların Azərbaycanda hər zaman açıq olduğunu vurğulayır.

Məqalədə vurğulanıb ki, fərqli mədəniyyətləri və dini irsi qoruyub saxlamaq Azərbaycan dövlətinin əsas prioritetlərindən biridir. Bu ənənə yalnız Azərbaycanın sərhədləri ilə məhdudlaşmır. Azərbaycan mədəniyyətini beynəlxalq miqyasda təbliğ edən Azərbaycan hökuməti dünya miqyasında xristian abidələrinin bərpasına böyük töhfələr verir. Vatikanda Müqəddəs Pyotr kilsəsinin bazilikasındakı barelyefin, Romada Müqəddəs Sebastian katakombalarının, Strasburq katedralının bərpasının bunun bariz nümunəsi olduğu vurğulanır. Hazırda isə Azərbaycan hökumətinin Dağlıq Qarabağın xristian irsini qoruyub saxlamaq, bərpa etmək üçün UNESCO ilə əməkdaşlıq etdiyi də qeyd olunur.

Sonda müəllif yazıb ki, bütün bunlara baxmayaraq, mədəni soyqırımı qorxusu davam etməkdədir. Müxtəlif insanlar Qarabağda hərbi əməliyyatların bitməsindən sonra yaranmış xəbər boşluğunu doldurmaq üçün mütləq yazmağa bir şey axtarıb tapırlar. İndi bütün diqqəti bu çoxmədəniyyətli və tolerant bölgədə mövcud olan fərqli irq, mədəniyyət və dinləri bir araya yönəltmək lazımdır. Bu, çox çətin bir iş kimi görünə bilər, ancaq bu, mümkündür. Azərbaycan bunun bariz nümunəsi və əyani sübutudur.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.