banner
banner

Gündəm

Bakı 2015-də növbəti yenilik

Bakı 2015-də növbəti yenilik

Bakı-2015 Avropa Oyunları üçün telekommunikasiya infrastrukturu yaradılıb. 
Bakı-2015 Avropa Oyunlarının keçiriləcəyi obyektlərin hamısı optik lifli rabitə xətlərinə qoşulacaqlar. "Bakı Telefon Rabitə" İstehsalat Birliyindən bildirilib ki, İstehsalat Birliyi tərəfindən 200 kilometr uzunluğunda optik magistral salınıb və şəbəkə avadanlıqları quraşdırılıb.
Məlumatların fasiləsiz axınını təmin etmək üçün hər biri 1 giqabit buraxılış gücünə malik iki xətdən (əsas və alternativ) istifadə olunub. Bundan əvvəl Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilmişdi ki, Avropa Oyunları zamanı obyektlərdə davamlı rabitənin təmin olunması üçün dövlət rabitə operatorlarının və digər dövlət qurumlarının mövcud kabel infrastrukturundan istifadə olunacaq.
Şəbəkələrin yaradılması üçün Məlumat Hesablama Mərkəzinin proqram-aparat kompleksləri, AzDATACOM və digər strukturların şəbəkəsindən faydalanmaq planlaşdırılır.

Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.