banner
banner

Dünya

Boris Conson Hindistana səfərini təxirə salıb

Boris Conson Hindistana səfərini təxirə salıb

Böyük Britaniyanın Baş naziri Boris Conson yanvar ayının sonunda Hindistana planlaşdırılan səfərini təxirə salıb.

APA-nın xəbərinə görə, bu barədə Baş nazirin ofisi məlumat yayıb.

“Bu gün səhər Baş nazir Boris Consonun hindistanlı həmkarı Narendra Modi ilə telefon danışığı baş tutub. Boris Conson yanvar ayının sonunda Hindistana planlaşdırılan səfərinin baş tutmayacağı barədə təəssüf hissi ilə Narendra Modiyə məlumat verdi”, - deyə bildirilib.

Böyük Britaniyada tətbiq olunan karantinlə əlaqədar olaraq və koronavirusun yayılma sürətini nəzərə alaraq Baş nazirin xəstəliyə qarşı mübarizə səylərinə rəhbərlik etməsi üçün ölkədə qalmasının vacibliyi vurğulanıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.