Türkiyəli müğənni Murad Dalkılıç iş adamı, "TV8" telekanalının sahibi Acun Ilıcalını İnstaqramda izləmədən çıxarıb.
Axşam.az xəber verir ki, buna səbəb isə keçmiş sevgilisi Hande Erçel ilə Kerem Bürsini "O ses Türkiye"nin Yeni ilə özəl çəkilən proqrama dəvət edilməsi olub.
M.Dalkılıç daha sonra Hande və Kerem ilə ortaq dostarını da silib.
Qeyd edək ki, Hande Erçel ilə Kerem Bürsin "Sen çal kapımı" serialında rol alırlar. Cütlüyün sevgili olduğu iddia edilir.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.