banner
banner

Dünya

Co Bayden rusları bağışlamaq niyyətində görünmür: 2020-ci ildəki kiber hücuma görə...

Co Bayden rusları bağışlamaq niyyətində görünmür:

“ABŞ-n yeni seçilmiş prezidenti Co Baydenin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan yeni administrasiyanın Rusiya ilə nüvə anlaşmasını uzatmaq niyyətində olduğunu deyib. O, həmçinin bununla bərabər prezident Vladimir Putinin ABŞ tarixində ən böyük haker hücumunun həyata keçirilməsinə görə ağır bədəl ödədəcəyini bəyan edib”.

Bu barədə “The New York Times” qəzetinin analitik məqaləsində deyilir.

Birləşmiş Ştatlar tarixində ən gənc milli təhlükəsizlik məsələləri üzrə müşavir olacaq (44 yaş) Ceyk Sallivan İranın 2015-ci ildə imzalanan nüvə müqaviləsinə riayət etdiyi təqdirdə həmin ölkənin raket potensialının nizamlanması üzrə müzakirələri bərpa edəcəyini söyləyib. ABŞ rəhbərliyi rəsmi Tehranın düşdüyü ağır iqtisadi vəziyyəti fürsət bilərək onun ballistik raketlər texnologiyasına ciddi məhdudiyyətlər gətirmək niyyətindədir.

“Bu iki bəyanat yeni administrasiyanın koronavirus pandemiyası və onun iqtisadi fəsadlarını aradan qaldırması ilə birlikdə məşğul olacağı əsas məsələlər kimi görünür. Bununla bərabər Co Bayden rusları 2020-ci ilin martında həyata keçirilən kiber hücuma (“Sunburst” əməliyyatı”-red.) görə bağışlamaq niyyətində deyil.

ABŞ prezidenti hətta bu işdə məsuliyyət daşıyanlara qarşı eyni səviyyədə cavab verəcəklərini gizlətməyib.

İrana gəlincə, qəzet Co Baydenin Donald Trampın bu ölkəyə qarşı sərt siyasətindən ciddi şəkildə yayınmasını mümkün saymır. Bildirilir ki, üstəlik İran İslam Respublikasında bu il gözlənilən prezident seçkiləri də rəsmi Vaşinqton üçün əlavə manevr imkanları bəxş edə biləcək.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.