Polkovnik Boris Putinin xahişinə əməl edib arvadına...
Rusiyada istefada olan polkovnik Boris Fadeyev prezident Vladimir Putinin canlı yayımda vətəndaşların suallarını cavablandırarkən ona ünvanlanmış xahişinə əməl edərək arvadına it alıb.
Rostovdan olan polkovnik Boris Fadeyev arvadının ad gününə bir neçə gün qalmış ona it hədiyyə etməyə razılaşıb. Bu haqda polkovnikin arvadı Yelena bildirib.
“Ərim mənə heç nə demədi. Oğlumla evdən çıxdı, it yetişdirən tapdı və aldı. İstədiyim kimi erkək it alıb. Adını Qoşa qoyduq” - qadın deyib.
Yelenanın bildirdiyinə görə, Putinin canlı yayımda müraciətindən sonra əri şokda olub, heç bir vəd verməyib və nə edəcəyinə dair götür-qoy edib. Nəhayət, iti almağa qərar verib.
Aprelin 16-da Putinə canlı yayımda Yelenanın rəfiqəsinin müraciəti oxunub. O, Ali Baş Komandan kimi Putindən xahiş edirdi ki, polkovnik Borisin arvadına it saxlamağa icazə verməsini xahiş etsin. Çünki Boris bütün hərbçilər kimi qətiyyətli adamdır və sözündən dönmək istəmir. Ancaq Ali Baş Komandan göstəriş versə, o, fikrini dəyişər.
Putin isə belə cavab vermişdi ki, Boris istefada olduğu üçün ona birbaşa əmr edə bilməz.
"Üstəlik Boris mənə deyə bilər ki, əvvəlcə sən öz məsələni həll elə. Və haqlı da olacaq. Buna baxmayaraq mən Borisdən xahiş edə bilərəm. Boris, zəhmət olmasa, xeyirxah ol, arvadına it almağa icazə ver” - deyə dövlət başçısı bildirmişdi.(virtualorg.az)
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.