2020-ci ildə Türkiyənin ən çox dinlənilən müğənnilərinin reytinqi açıqlanıb.
Axşam.az türk mətbuatına istinadən bildirir ki, bu il "Youtube"da ən çox dinlənilən ifaçılar arasında türk sənət musiqisin imperatoru İbrahim Tatlıses ilk pillədə qərarlaşıb. Onun mahnılarını 800 milyon dəfə dinlənilib.
İkinci yerdə mərhum ifaçı Müslüm Gürses, 3-cü pillədə isə Sezen Aksu yer alıb. Digər pillələrdə isə Mustafa Ceceli, Zeynep Bastık və Bilal Sonses kimi sənətçilər qərarlaşıb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.