Azərbaycan və Ermənistanın təhlükəsizlik xidmətləri rəisləri sərhəd bölgəsində bir araya gəldilər "Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyan Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyevlə işgüzar görüş keçirib". Bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin mətbuat mərkəzi şənbə günü məlumat yayıb. "Sputnik Armenia" yazır ki, görüş Ermənistanın Ararat(Vedi) bölgəsinin Yerasx icmasına bitişik bitərəf bir sərhəd zonasında baş verib. Naxçıvanla sərhəddə yerləşən Yerasx kəndinin qədim adı Arazdəyəndir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3.VII.1968-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilib Yerasx qoyulub.
Ermənistan qaynaqlarının yaydıqları xəbərdə bildirilir ki, görüşdə məhbus mübadiləsi və itkin düşənlərin axtarışı ilə bağlı məsələlər müzakirə edilib.
Azərbaycanın bəzi Telegram qaynaqları isə bildirir ki, görüşdə Naxçıvanın işğal altında olan Kərki kəndinin geri qaytarılması məsələləri də müzakirə olunub.
Azərbaycan DTX məlumat yayan kimi, onu da təqdim edəcəyik.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.