Üç aylar Hicri-Qəməri aylardan Rəcəb, Şaban və Ramazan aylarıdır.
ANS PRESS-in dini mənbələrə istinadən verdiyi məlumata görə, İslam peyğəmbəri Hz. Məhamməd (əs) üç aylar haqqında belə buyurur: “Rəcəb Allahın ayı, Şaban mənim ayım, Ramazan da ümmətimin ayıdır”, “Ey Allahım! Rəcəb və Şabanı bizə mübarək et, bizi Ramazana qovuşdur”.
Bu aylarda bir çox mübarək əhya gecələri var. İslam Dünyasında əsrlərdir “Üç aylar” ənənəsi var və bu üç aylar iqlimi möminlərin mübarək Ramazan atmosferinə hazırlıq mərhələsidir. İslam dünyasında üç aylar adlandırılan rəcəb, şaban və ramazan ayları Uca Allahın, mömin qullara verdiyi bərəkətli və feyzli zamanlardır. Üç aylar insanların mənəvi yüksəkliyə çatmaq, tövbə etmək, günahlardan təmizlənmək üçün fürsətlər zamanıdır.
Bu aylarda namaz qılmayanlar namaza başlayır, oruc tutmayanlar oruca hazırlaşır, ibadətlərini, xeyirxah əməllərini çoxaldır. Möminlər üç aylarda, nəfsləri ilə keçmiş bir ilin hesabatını aparır. Üç aylar həyatında həmişə fərqliliklər axtaran insanoğlunun yeknəsəklikdən qurtulması üçün vasitədir.
Uca Allah Qurani-Kərimdə buyurur: “Ey iman gətirənlər! Allahdan qorxun! Hər kəs sabahı üçün nə etdiyinə baxsın. Allahdan qorxun! Həqiqətən, Allah nə etdiklərinizdən xəbərdardır” /Həşr 18/. Mübarək üç aylar gəldiyi zaman ibadət etməyənlər ibadətə başlamalı, ibadət edənlər ibadətini çoxaltmalı, möminlər, xeyir əməllərini çoxaltmalı, kasıba, yetimə əl tutmalı, ən əhəmiyyətlisi isə Allaha olan şükrünü çoxaltmalıdır. Qısacası bütün müsəlmanlar üç aylarda böyük və kiçik günahlardan əl çəkməli, qiybət, dedi-qodu etməməli, iftira, yalançı şahidlik və sair əhəmiyyətsiz kimi gördüyümüz günahlardan əl çəkməlidir. Xeyir işlərini çoxaltmalı, sədəqə verməli, imkansıza əl tutmalıdır.
İslam peyğəmbəri “Bəzən bir təbəssüm, bəzən də insanların keçdiyi yoldan daşı götürüb kənara atmaq sədəqədir” – deyib. Xatırladaq ki, "Üç aylar"da xeyir əməllərin savabı qat-qat artıq yazıldığı kimi, pis əməllərin də günahı qat-qat artıq yazılır. Müsəlmanların üç aylarda hər gün bu duanı oxuması məsləhət görülür: “Allahummə bəriklənə fi rəcəbə və şaban, və bəlliğnə ramazan” (Ey Allahım! Rəcəb və Şabanı bizə mübarək et, bizi Ramazana qovuşdur).
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.
“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.