Ermənistan mediası: “Azərbaycan və Pakistan hərbi hava qüvvələrinin birgə təlimləri keçiriləcək”
Ermənistan mediası Azərbaycan ilə Pakistan arasında hərbi aviasiya sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məsələlərindən yazıb.
Xəbərdə Azərbaycan Respublikası Müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin Komandanı, general-leytenant Ramiz Tahirovun yanvarın 11-də Azərbaycanda səfərdə olan Pakistan İslam Respublikasının Hərbi Hava Qüvvələrinin komandanı, aviasiya marşalı Mujahid Ənvər Xan ilə danışıqlar aparmasından bəhs olunub.
Bildirilib ki, tərəflər hərbi hava qüvvələrinin birgə təlimlərinin keçirilməsinə dair razılığa gəliblər:
"Azərbaycan və Pakistan hərbi sahədə fəal əməkdaşlıq edirlər. Uzun illərdir ki, mətbuatda Azərbaycanın Pakistandan JF-17 “Thunder” qırıcı təyyarələri satın alması barədə məlumatlar dərc olunur. Bundan əlavə, Azərbaycan Pakistandan “Super Mushshak” təlim təyyarəsi alıb".
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.
“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.
Abşeronun şimal-şərqində yerləşən yaşayış məntəqələrini Bakı-Quba və Bakı-Şamaxı-Yevlax magistralları ilə birləşdirəcək Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolu inşa olunur.