banner
banner

Gündəm

Keçmiş deputat həbs oluna bilər – Rafael Cəbrayılova vaxt verildi

Keçmiş deputat həbs oluna bilər

Keçmiş deputat Rafael Cəbrayılov həbs təhlükəsi ilə üzləşib. 

HİT.Az-a daxil olan məlumata görə, yaxın günlərdə keçmiş deputat dəmir barmaqlıqlar arasına salına bilər.

Məlumatda bildirilir ki, Rafael Cəbrayılovun borclu olduğu vətəndaşlardan biri bütün məhkəmə instansiyalarında deputata qalib gəlib. Artıq məhkəmə qərarının icrasına start verilib. Ötən il dekabrın 30-da Rafael Cəbrayılov icra şöbəsinə çağırılıb və ona yanvarın 10-na kimi vaxt verilib.

Lakin keçmiş deputat yanvarın 10-na kimi də borcunu ödəməyib. Məlumata görə, bu dəfə də Rafael Cəbrayılova möhlət verilib. Bildirilir ki, keçmiş deputat borcunu ödəməyəcəyi təqdirdə əvvəlcə barəsində inzibati qaydada tədbir görüləcək, növbəti dəfə isə məhkəmə qərarını icra etmədiyi üçün barəsində yeni cinayət işi başlana bilər.
Məlumatda qeyd edilir ki, keçmiş deputatın borclu olduğu digər şəxlər Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət edib. Faktla bağlı cinayət işi başlanıb. Rafael Cəbrayılov borclarını qaytarmaq niyyətində olduğunu iddia etsə də,  şikayətçilər onun səmimiyyətinə inanmır.

Rafael Cəbrayılovun toplam olaraq 1 milyon 550 min dollar borcu var. Onun borclu olduğu şəxslər aşağıdakılardır:

Təranə Fətəliyeva – 300 000 dollar 
Məlahət Qurbanova - 580 000 dollar 
Xatirə Nəcəfova - 200 000 dollar 
Yusif Orucov - 200 000 dollar
Aynur Kazımova - 100 000 dollar 
Şəfa Məmmədova - 80 000 dollar, 
Bəşir Məmmədov - 60 000 dollar 
Allahverdi Səfərəliyev - 30 000 dollar.

Xatırladaq ki, Rafael Cəbrayılov borcu vaxtında qaytaracağına zəmanət olaraq III və IV çağırış deputat vəsiqəsini girov qoyub. Vədinə əməl etmədiyinə görə borclu olduğu şəxslər məsələni ictimailəşdirib. Olay ictimai rezonansa səbəb olub və Rafael Cəbrayılov deputat mandatından imtina etmək məcburiyyətində qalıb.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.