Ürək sağlamlığına zərərli qidalar ürək-damar xəstəlikləri riskini artırır eyni zamanda yüksək qan təzyiqi kimi bir çox problemə səbəb ola bilir. Buna görə də hazırda istifadə edilən bəzi qidalar və içkilər ürək sağlamlığı üçün xüsusilə təhlükəlidir.
Axşam.az xarici KİV-nə istinadən, ürək sağlığına zərərli qidaları təqdim edir:
1. İşlənmiş ət və qırmızı ət Kolbasa kimi işlənmiş ət məhsullarının az yağlı olanlarına üstünlük versəniz də, onun tərkibində sodyum nitrat var. Bu xroniki iltihab damar tıxanmasına da səbəb ola bilir. Qırmızı ətin həddindən artıq istehlakı ürək-damar xəstəlikləri riskini artırır. Lakin bitki mənşəli qidalar protein tərkibli olduğunda ürək sağlığını qoruyur.
2. Süfrə duzu Gündəlik duz ehtiyacımızın yüzdə 85%-ni istehlak etdiyimiz qidalar hesabına əldə edirik, qalan yüzdə 15-ini isə tənzimləmək isə öz əlimizdədir. Bu səbəblə də yediyimiz yeməklərdə ehtiyacımız olan qədər duz qəbul etsək sağlamlığımızı risk altında qoymarıq. Hətta bəzi insanlar yeməyin dadına belə baxmada ona duz əlavə edir. Belə insanlar isə mütləq bu vərdişlərini unutmalıdırlar.
3. Qızardılmış yeməklər Qızardılmış yeməklər sağlamlıq üçün olduqca təhlükəlidir. Bu yeməklərdən mütəmadi istifadə edənlərin ürək-damar xəstəliyindən ölmə riski daha yüksəkdir. Belə yeməklər təkrar-təkrar eyni yağda bişdiyindən orqanizimdəki xolesterolu artırır.
4. Xəmir xörəkləri və şirniyyatlar Şirniyyatlar və digər xəmir xörəkləri yalnız yağ, şəkər və ağ un ehtiva etmir, həm də təkrar-təkrar istifadə edilən yağların orqanizimə daxil olmasına səbəb olur. Bu yağlar da öz növbəsində ölümcül xəstəliklərə yol açır.
5. Spirtli içkilər Xüsusilə yüksək qan təzyiqi xəstələrinin spirtli içki qəbul etməsi ürək xəstəliyi riskini artırır. Bundan əlavə, yüksək kalorili içkilər kökəlməyə səbəb olur və artıq çəki də ürək xəstəliklərinin əsas səbəblərindən biridir.
Soyuqdəymə zamanı bir çox insan burun axıntısından, boğaz ağrısından və digər narahatlıqlardan tez qurtulmaq üçün xalq təbabəti üsullarına müraciət edir. Lakin uşaqlıqdan eşitdiyimiz və illərdir istifadə etdiyimiz bəzi üsullar sağalmağa kömək etmək əvəzinə, vəziyyəti daha da ağırlaşdıra bilər.
Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.
Payızda tez yorulmaq, üşümək və davamlı şirniyyat yemək istəyi bəzən sadəcə gün işığının azalması ilə deyil, sağlamlıq problemləri ilə də bağlı ola bilər.
Beynəlxalq tədqiqat ultra emal olunmuş qidaların qəbulu ilə bağırsaq xərçəngi riski arasında ümumi əlaqə aşkar etməsə də, bəzi qida qruplarının fərqli təsirlərlə əlaqəli olduğunu üzə çıxarıb.
Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.
Yatmazdan əvvəl serial izləmək və ya audiokitab dinləmək əvəzinə yağışın, dəniz dalğalarının, meşənin və ya çəmənliyin səslərini dinləmək həm yuxunun keyfiyyətini yaxşılaşdıra, həm də insanın emosional vəziyyətinə müsbət təsir göstərə bilər.
Kardioloq xəbərdarlıq edir ki, həddindən artıq isti və rütubətli hava ürəyin iş yükünü artıraraq infarkt riskini yüksəldə bilər. Xüsusilə yaşlı insanlar, xroniki xəstəliyi olanlar və ürək dərmanları qəbul edən şəxslər yay aylarında daha ehtiyatlı olmalıdırlar.
Britaniyalı ümumi praktika həkimi Əmir Xan əlavə xərc tələb etməyən, lakin fiziki və psixi sağlamlığı yaxşılaşdıra bilən beş səhər vərdişini sadalayıb.