banner
banner

Hərbİ

“Səfər Əbiyev telefonumu götürmür...” - Eldar Sabiroğlu

“Səfər Əbiyev telefonumu götürmür...”

Müdafiə Nazirliyinin mətbuat xidmətinin sabiq rəisi Eldar Sabiroğlu modern.az saytına müsahibə verib.

E. Sabiroğlu müsahibəsində sabiq Müdafiə naziri Səfər Əbiyevlə son zamanlar əlaqələrinin səngidiyini deyib:

“Əvvəllər əlaqələrimiz olurdu. Hal-əhval tuturduq. İndi məndə olan telefonunu götürmür. Ona görə də əlaqə yarada bilmirəm.

O, qarşıdan gələn parlament seçkiləri ilə bağlı sualı da cavablandırıb:

“Deputat seçilməyimi istəməyən şəxslər var. O cümlədən parlament seçkilərində iştirak etməyə o qədər də can atmıram. Dərk edirəm ki, ciddi maneələr qarşısında qala bilərəm. Özümü yorub narahat olmaq istəmirəm”.

 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.