MHP-nin Şuşada məktəb tikintisi təklifi qəbul edildi: Bahçeli xüsusi açıqlama yaydı - VİDEO
“16 yanvar 2020-ci il tarixində sosial şəbəkə vasitəsilə bir açıqlama vermişdim. Demişdim ki, əgər Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanınvə Azərbaycan Prezidenti İlham Əliyev icazəsi olarsa, şəxsi göstərişimlə Ülkü Ocaqları Təhsil və Mədəniyyət Fondu olaraq, Şuşada doqquz siniflik məktəbin tikilməsi hədəfimizdir”.
“Haber Global”ın məlumatına görə, bu sözləri MHP sədri Dövlət Bahçeli deyib.
“Bu məktəbə Şuşada doğulan və Azərbaycan himninin bəstəkarı olan mərhum Üzeyir Hacıbəylinin adının veriləcəyini, təməlinin isə 30 yanvar 2021-ci il tarixində qoyula biləcəyini söyləmişdim. Rəcəb Tayyib Ərdoğanla İlham Əliyevin qarşılıqlı razılıq və təsdiqi ilə Şuşada məktəb tikmək layihəmiz uyğun görülüb. Prezidentlərimizə həssaslıqlarına görə təşəkkür edirəm. Proses və layihənin bütün mərhələləri barədə onlara məlumat veriləcək. Şuşada məktəb tikintisi başa çatan kimi dərhal Azərbaycan Respublikasına təslim ediləcək.
Qarşıdakı günlərdə əməkdaşlarımızı Şuşaya göndərəcəyik. Məktəbin harada tikiləcəyi müzakirə ediləcək. Məktəb tikintisi üçün ərazi müəyyən edildikdən sonra təməli qoyulacaq”, – deyə Dövlət Bahçeli qeyd edib.
Çıxışı zamanı MHP sədri həmçinin Şuşada tikiləcək məktəbin ilkin eskizlərini də nümayiş etdirib.//oxu.az
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.