banner
banner

Gündəm

Dövlət onu qoruyanlara belə sahib çıxır - yeni Prezident sərəncamı

Dövlət onu qoruyanlara belə sahib çıxır

Şəhid ailələri və qazilərlə bağlı sərəncam yüksək qiymətləndirilir

Qazi və şəhid ailələri barədə daha bir Prezident sərəncamı-müharibədə əlil olmuş və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı Prezident yeni sərəncam verib. Bu sərəncamda Vətən müharibəsində əlil olmuş şəxslərin və şəhid ailələrinin mənzil probleminin həlli qarşıya vəzifə kimi qoyulub. Eyni zamanda Prezident Nazirlər Kabinetinin son müşavirəsində məcburi köçkünlər üçün nəzərdə tutulmuş mənzillərin şəhid ailələrinə veriləcəyi barədə göstəriş verib. Artıq inşası başa çatan və çatmaqda olan həmin binaların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilməsi işi həyata keçirilir. Yaxın vaxtlarda həmin binalardakı mənzillər şəhid ailələri və qazilərə veriləcək. Dövlət onu qoruyanlara belə sahib çıxır.

Qarabağ Qazilər Birliyinin sədr müavini Rey Kərimoğlu “Yeni Müsavat”a bildirdi ki, şəhid ailələri və qazilər Prezidentin bu sərəncamını yüksək dəyərləndirirlər: “Prezidentin sərəncamı var idi 2014-cü il yanvarın 1-dək növbədə olan şəhid ailələri, Qarabağ əlilləri və onlara bərabər tutulan şəxslərin mənzillə təmin edilməsi barədə. İndi verilən sərəncam isə 2014-cü ildən bu yana növbədə duran və 2020-ci ildən sonra növbədə duracaq şəhid ailələri, Qarabağ əlilləri və onlara bərabər tutulan şəxslər, həmçinin Çernobıl əlillərinin mənzil problemlərinin həlli ilə bağlıdır. İcra hakimiyyətlərində mənzil növbəsində duran bu təbəqədən olan insanlar 2025-ci ilə qədər mənzillə təmin ediləcəklər. Bu, çox yaxşı, alqışlanan sərəncamdır. Onsuz da cənab Prezident şəhid ailələri, qazilər və bu təbəqədən olan insanlarla bağlı mütəmadi olaraq vacib sərəncamlar imzalayıb. Bu sərəncam da onlardan növbəti biridir. Biz bunu alqışlayırıq. Ümid edirik ki, yaxın zamanlarda, ümumiyyətlə, bu təbəqədən olan insanların mənzil problemi qalmayacaq”.

Rey Kərimoğlu: “İndiki ödənişlər qazilərin ehtiyaclarının 10 faizini  ödəyir” – Basta2.com

Rey Kərimoğlu

Rey Kərimoğlu vurğuladı ki, məcburi köçkünlər üçün nəzərdə tutulmuş mənzillərin şəhid ailələrinə, Qarabağ qazilərinə verilməsi barədə Prezidentin göstərişi bir daha onu göstərdi ki, bu təbəqə ölkə başçısının diqqətində olan bir nömrəli təbəqədir: “Eyni zamanda artıq hazır vəziyyətdə olduğu deyilən həmin binalarda 4 mindən yuxarı ailəyə qısa müddətdə mənzil verilməsi təmin ediləcək. Yaxın gələcəkdə bu təbəqədən olan insanların mənzil problemi qalmayacaq. Qarabağ Qazilər Birliyi adından cənab Prezidentə minnətdarlığımızı bildiririk. Həmişə bu həssas təbəqəni diqqətdə saxlayır. Dövlətin bütün məmurları Prezidentin bu yanaşmasından örnək götürməlidirlər. Aşağı səviyyələrdə müəyyən nöqsanlar var. Ümid edirik ki, onlar aradan qaldırılacaq”.

Azərbaycan öz torpaqlarını yalnız hərbi yolla azad etməlidir” - Akif Nağı

Akif Nağı

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı isə bildirdi ki, şəhid ailələrinin və qazilərin dövlətin və cəmiyyətin diqqət mərkəzində olması təbiidir: “Dövlət onun ərazi bütövlüyünü qoruyan, təmin edən insanları, onların ailələrini qoruyur və qorumalıdır. Diqqət və qayğı təkcə mənzil məsələsinin həllini deyil, bütün sahələri əhatə etməlidir. Prezidentin sərəncamı, əlbəttə, çox vacib sərəncamdır. Bəzi məmurlar Prezidentin bu məsələdə necə diqqətli olduğunu nəzərə almalıdırlar. Bəzi məmurlar vəzifə borclarını vicdanla yerinə yetirmir, şəhid ailələrini, qaziləri incidirlər. Bu da haqlı narazılıqlara səbəb olur. Prezidentin onların mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı son sərəncamı təqdirəlayiqdir. Bu, vicdansız məmurlara da bir siqnal olmalıdır ki, həmin kateqoriya insanlara qayğı göstərsinlər, problemlərini operativ həll etsinlər”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.