Almaniyada bir gündə 400-ə yaxın insan koronavirusdan ölüb
Almaniyada son bir gündə 11 mindən çox koronavirusa yeni yoluxma halı və 400-ə yaxın ölüm faktı qeydə alınıb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Almaniyanın Səhiyyə Nazirliyinin strukturuna daxil olan və ölkədə COVID-19 yoluxması ilə bağlı statistika aparan Robert Kox İnstitutunun məlumatında göstərilir.
Belə ki, Almaniyada son 24 saat ərzində COVID-19 xəstələri arasında 399 ölüm halı qeydə alınıb, 11 192 nəfər isə yeni növ virusa yoluxub.
Almaniyada pandemiyanın başlanğıcından bəri ümumilikdə 2 216 363 yoluxma halı və 56 945 ölüm faktı təsbit edilib. 1,9 milyondan çox insan sağalıb.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.