Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess 2015" turnirində 4-cü tur başa çatıb. Cia.az-ın məlumatına görə, dünya çempionu Maqnus Karlsen hesabat turunda autsayder Maykl Adamsla heç-heçə oynayıb. Partiyadan sonra keçirilən mətbuat konfransında norveçli qrossmeyster heç-heçənin sürpriz olmadığını bildirib: "Partiyanın əvvəlindən üstünlük qazanmaq istədim. Fiqurların dəyişdirilməsi belə kömək olmadı. Ağ fiqurlar üçün daha geniş imkanlar görünürdü. Təhlükə çox az idi. Bu mənada heç-heçə normal nəticədir. Adamsla xalı yarı bölmək sürpriz deyil. Rəqib kifayət qədər yaxşı müdafiə olundu. Ümumilikdə 4 turdan sonra çıxışımı yaxşı qiymətləndirirəm. Nəticə baxımından normaldır. Əminəm ki, növbəti 5 tur daha çətin olacaq. Hazırda turnir cədvəlindəki mövqeyim barədə düşünmürəm".
İngiltərə şahmatçısı M.Adams isə onun üçün əsas mübarizənin bu turdan başladığını söyləyib: "Çətin partiya idi. Karlsen üstünlük qazanmaqla dönüş yaratmağa cəhd edirdi. Qarışıqlıqda oynamaq asan deyil. Fikrimcə, dünya çempionu ilə heç-heçə pis nəticə deyil. Razıyam ki, Şəmkirdə hələlik öz oyunumu göstərmirəm. Turnir mənim üçün bir qədər yaxşı başlamadı. Bununla belə, əsas mübarizə qarşıdadır. Əsas partiyalar hələ başlamayıb".
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.
“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.