banner
banner

Sosİal

Vasif Talıbov səngərdə - FOTOLAR

Vasif Talıbov səngərdə

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov oktyabrın 30-da Soyuq bölgəsində olub, təmas xəttində xidmətin təşkili və şəxsi heyətin məişət şəraiti ilə maraqlanıb.

CİA.Az AzərTAc-a istinadən xəbər verir ki, Ali Məclisin sədri çətin dağlıq şəraitdə xidmət edən əsgərlərə təşəkkürünü bildirərək deyib: “Sərhədlərimizi qorumaq və xidmətin nümunəvi təşkili Soyuq bölgəsində xidmət edən hərbi qulluqçuların qarşısında duran əsas vəzifələrdir. Müasir şərait, təlimlərin təşkili, silah-sursat təminatı, əsgərə qayğı Azərbaycan ordusunun bugünkü reallıqlarıdır. Dövlətimiz tərəfindən hərbiçilərimiz üçün hər cür şərait yaradılır, onların sosial müdafiəsinin gücləndirilməsinə, xidmətin nümunəvi təşkilinə diqqət və qayğı göstərilir. Son illər Soyuq bölgəsində xidmətin təşkili üçün lazımi şərait yaradılıb, bölmələrin maddi-texniki təchizatı artırılıb.

Gələcəkdə də bu istiqamətdə tədbirlər davam etdiriləcək. Çünki yaxşı xidmət şəraiti, zabit-əsgər münasibətlərinin düzgün qurulması və qarşılıqlı hörmət hərbi xidmətin əsasını təşkil edir. Əsgər və zabitlər arasında münasibətlər bu prinsip üzərində qurulmalı, xidmət günün nizam qaydalarına uyğun olaraq təşkil edilməlidir”.

Ali Məclisin sədri xidmətdə fərqlənən hərbi qulluqçuları qiymətli hədiyyələrlə mükafatlandırıb.

 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.