banner
banner

Dünya

Yəmən bombalandı: 25 ölü, 389 yaralı

Yəmən bombalandı:

Aprelin 20-də koalisiya qüvvələrinin endirdiyi hava zərbələri nəticəsində Yəməndə azı 25 nəfər ölüb.

Reuters agentliyinin yaydığı xəbərə görə, daha 389 nəfər xəsarət alıb.

Hava zərbələrinin Səna şəhərindəki raket bazasının ərazisinə endirildiyi bildirilir.  “Saba” informasiya agentliyinin məlumatına əsasən, zərərçəkənlər arasında qadınlar və uşaqlar çoxluq təşkil edir. 

Qeyd edək ki, martın 26-dan Səudiyyə Ərəbistanının və Fars körfəzinin digər ölkələrinin daxil olduğu beynəlxalq  koalisiya Yəməndə şiə üsyançılarına (husilər) qarşı hərbi əməliyyat keçirir.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.