banner
banner

Gündəm

Heydər Əliyev prospekti açılır...- Amma...

Heydər Əliyev prospekti açılır...-

Heydər Əliyev prospekti əsas yol ötən gecədən nəqliyyat vasitələrinin hərəkətinin bərpası üçün tam hazır vəziyyətə gətirilib. Yolda xətləmə işləri aparılıb, yeni nişanlar quraşdırılıb. 
“Azəryolservis” ASC-dən verilən məlumata görə, yola vurulan rənglər səhərə yaxın quruduğundan əsas yolun təmirdən sonra istifadəyə verilməsi səhərə qədər təxirə salınıb və səhər saatlarında yol tam açılıb. Heydər Əliyev prospekti əsas yolda hər iki istiqamətdə afalt-beton örtüyü çəkilib, səki daşları dəyişdirilib, işıq dirəkləri rənglənib, yerüstü piyada keçidi yenidən qurulub. Zəruri olan ərazilərdə səth sularının normal kənarlaşdırılması üçün yağış kanalizasiya sistemi qurulub. 
Əsas yol açıldıqdan sonra Heydər Əliyev prospekti köməkçi yolun Böyükşor yol qovşağından Heydər Əliyev mərkəzinə qədər olan hissəsində təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. Sürücülərə alternativ olaraq Heydər Əliyev prospekti əsas yoldan və Ziya Bünyadov prospektindən istifadə etmələri tövsiyə olunur. 
Qeyd edək ki, Heydər Əliyev prospektindəki təmir Avropa oyunları ilə əlaqədar nəzərdə tutulan marşrut üzrə yol şəbəkəsinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən işlər çərçivəsində aparılır.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.