banner
banner

Hərbİ

​Koalisiya qüvvələri 36 aviazərbə endirdi

​Koalisiya qüvvələri 36 aviazərbə endirdi

ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri son sutka ərzində "İraq-Şam İslam Dövləti" (İŞİD) terror qruplaşmasının İraq və Suriyadakı mövqelərinə və obyektlərinə 36 hava zərbəsi endirib.

"Report" xəbər verir ki, bu barədə Birləşmiş Ştatlar ordusundakı mənbələrə istinadən "Reuters" məlumat yayıb.

Onlar qeyd ediblər ki, zərbələrdən 26-sı İŞİD-in İraq, 10-u isə Suriya ərazisindəki dəstələrinə endirilib.

Hücumlar barədə başqa məlumat yoxdur. Xüsusilə, bu zərbələrin səmərəliliyi barədə məlumat verilmir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.