Türkiyədə radio və televiziya yayımını dəstəkləyən RTÜK bir neçə serialı cərimələyib.
Axşam.az türk mediasına istinadən xəbər verir ki, baş rollarında Kerem Bürsin və Hande Erçelin çəkildiyi “Sen çal kapımı” serialındakı vanna otağında olan səhnə sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə səhnə erotik hesab edildiyindən və “türk ailəsi adətlərinə qarşı” olduğundan ekran işinə cərimə yazılıb.
"Baraj" serialında isə gender bərabərliyinin pozulduğu və qadınlara qarşı şiddət təbliğ edildiyindən ekran əsərinə pul cəzası kəsilib.
Cəza alan ekran işləri arasında "Kırmızı oda", "Sefirin kızı", "Çukur", "Arıza" da var. "Kırmızı oda"da gənc qıza qarşı fiziki və psixoloji zorakılığın tətbiq edildiyi bildirilib. Buna isə bir çox orqanların məhəl qoymadığı göstərilib. Məhz elə buna görə də serialın yayımlandığı kanala cərimə tətbiq olunmasına qərar verilib.
"Sefirin kızı"nda qadına şiddət təbliğ edilib. "Çukur"da isə şiddət səhnələri və söyüşlərə yer verilib. "Arıza"da Türkiyə türkçəsinin kobud, uşaqların fiziki, əqli və mənəvi inkişafına zərər verə biləcək səhnələr göstərilib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.