- Siz tamamilə haqlısınız, Zubaydat. Təkcə hərbçilər deyil, ümumiyyətlə, istənilən normal kişi öz fədakarlıqları barədə danışmağı sevmir. Amma bir halda ki, siz sual vermisiniz, mən ona cavab verməliyəm. Əgər qərargahın ələ keçirilməsi ilə əlaqəli o epizoddan söhbət gedirsə, bunu deyə bilərəm... Deyə bilərəm ki, gənc idim, enerjim qaynayırdı. Mən o zaman ayrıca kəşfiyyat bölüyünə komandirlik edirdim, bu bizim Buynaksk briqadamız idi. Bizim qarşımıza konkret vəzifə qoyuldu və onun icrasına ilk olaraq mənim bölüyüm yollandı. Biz Məshədovun qərargahını ciddi sənədlərlə ələ keçirdik və elə alındı ki, onun olduğu dağa ilk olaraq mən qalxdım. Məni standart hərbi geyimdə deyil, mülki geyimdə olmağım xilas etdi. Belə ki, yaraqlılar məni əvvəlcə özlərindən biri sandılar. Bizim aramızda təxminən 50 metr məsafə var idi və onlar mənimlə danışmağa başladıqda qəfildən anladılar ki, "onlardan deyiləm”. Mən çox güclü atəşə məruz qaldım və ağır yaralandım. Onlar 15 nəfər, mən isə tək idim. Yaraqlılar atəş açanda mənim uşaqlarım vaxtında gəldi və tərəzi bizim tərəfə fırlandı. Hər iki tərəf itki verdi, ancaq bizim qarşımıza qoyulan vəzifə yerinə yetirildi. Həmin anda bizim qəlbimizdə nə qorxu, nə də həyəcan var idi. Bizim üçün, əsgərlər üçün bu normal haldır.
- Birincisi, bu bir müsəlman dövlətidir, oranın öz adət-ənənələri, davranış qaydaları var, ecazkar mədəniyyətə malikdir. Ümumiyyətlə, Suriya xalqı xeyirxah xalqdır, sahib olduğu hər şeyi paylaşmağa hazırdır. Qonağa münasibət, prinsipcə, bizdə – Qafqazda olduğu kimi hörmətlidir. Süfrə düzülür, yemək hazırlananadək isə sizi çaya, qəhvəyə və mateyə – yaşıl çaya bənzər çox canlandırıcı Suriya milli içkisinə qonaq edirlər. Çox xeyirxah xalqdır. Təəssüf ki, indi əzab-əziyyət çəkir. Siz onların öz dinlərinə, adət-ənənələrinə və mədəniyyətlərinə necə hörmət etdiklərini bir bilsəydiniz! Buna sonsuz dərəcədə heyran olmaq olar!
- Biz ölə biləcəyimizi düşünsək, qarşımıza qoyulan vəzifəni yerinə yetirə bilməyəcəyik. Hərb sənəti ilə məşğul olan insanlar bu barədə düşünməməlidirlər. Biz mütləq tapşırığı necə yerinə yetirəcəyimizi, insanları necə qoruyub saxlayacağımızı düşünməliyik. Bu, bizim ən başlıca vəzifəmizdir. Əgərləri tapşırığın icrasına göndərəndə, ilk növbədə komandir kimi sən onların həyatını qorumalısan. Bununla ilk növbədə sən məşğul olmalısan. Və əlbəttə, tapşırığın necə yerinə yetirilməsi də vacibdir. Tapşırıq mütləq minimum itki ilə icra edilməlidir. Mən tapşırıq yerinə yetirməyə gedərkən başıma bir iş gələcəyini heç vaxt düşünmürəm. Belə situasiyalarda heç vaxt özüm haqqında düşünmürəm.
- Əgər bir insanın qəlbində tamamilə qorxu yoxdursa, deməli o, canlı varlıq deyil. Təəccüblü deyil ki, bizdə özünüqoruma instinkti inkişaf edib. Ancaq biz, hərbçilər, bu barədə mütləq danışmamalıyıq, xüsusilə bunu nümayiş etdirməməliyik. Əlbəttə, ailəniz, övladlarınız, tabeliyinizdə olanlar üçün qorxu ola bilər. Yenə də qeyd etmək istəyirəm (məni düzgün başa düşməyinizi istəyirəm): bu barədə yalnız tapşırığın icrası artıq başa çatdıqda düşünürsünüz. Nə ola biləcəyini yalnız uğurla başa çatan əməliyyatdan sonra dərk edirsən. Burada bir faktı da nəzərə almaq lazımdır; əgər insanın qəlbində hansısa qorxu varsa, ona mane olacaq və tapşırığı yerinə yetirə bilməyəcək.
- Bəli, ağır hadisələr çox olub. Təyyarə hadisəsi ilə bağlı məsələyə gəldikdə isə onda Suriyaya iki təyyarədə hərbçi göndərmək qərara alınmışdı. Mən mütləq birincidə uçmalı idim. Məni o təyyarənin göyərtəsində olmaqdan tam təsadüf qurtardı. İlk təyyarə qəzaya uğradı. Təəssüf ki, biz insanlar itirdik. Əlbəttə, sonra nəticələri düşünürsən, xatırlayırsan, analiz edirsən. Səninlə bağlı nəsə dəhşətli hadisənin baş verə biləcəyini hiss etdiyiniz zaman qəlbiniz üçün ağır olur. Bu an ailənizi, valideynlərinizi düşünürsünüz...
- Evdə evdaram (gülümsəyir). Həyat yoldaşım tabasaranlıdır. O, təbii ki, xəngəl də daxil olmaqla çox dadlı xörəklər bişirir. Bir çox dağıstanlı kimi, xəngəl bizim ailəmizin də ən sevdiyi xörəklərdən biridir.
- Qonaqlara gəldikdə, demək istəyirəm ki, valideynlər bizə qonağı hörmət etməyi, qəbul etməyi və hörmətlə yola salmağı öyrədiblər. Mən indi bunu öz uşaqlarıma öyrədirəm. Bu mütləq qanda olmalıdır. Evdə olanda həmişə qonaqlarım olur. Özləri də gəlirlər, mən də çağırıram. Hələ iki akademiyada oxuyanda da məşğələlərdən sonra xidmət yoldaşlarınm, dostlarım, sinif yoldaşlarım həmişə mənim qaldığım yerə toplaşırdılar. Onlar hamısı mənim yanıma gəlməyi sevirdilər... (gülümsəyir), çünki dadlı Dağıstan milli yeməklərinin dadına harda baxa biləcəklərini, süfrənin hər zaman harada qurulduğunu bilirdilər.
- Mənim iki qızım və dörd oğlum var. Hamısı öyrənir: kimisi orta məktəbdə, kimisi ali məktəbdə. bəziləri universitetdə. Onlarla bağlı hər şey yaxşıdır.
- Prinsipcə, siz tamamilə haqlısınız. Mən tabeliyimdə olanlara və hər şeydən əvvəl özümə qarşı sərt və tələbkaram. Əgər özünüzə qarşı tələbkar deyilsinizsə, başqalarından necə iş tələb edə bilərsiniz? Nizam-intizam birinci yerə olmalıdır, özü də təkcə orduda yox.
- Mən Dağıstanı, öz xalqımı çox sevirəm. Özümü kiçik vətənimdə tapanda elə bir hiss olur ki, sanki böyük ailəmlə əhatə olunmuşam. Fürsətdən istifadə edərək, rayona dəvət etdiyinə və xalqımızla ünsiyyət qurmağına imkan yaratdığına görə, Tabasaran rayonunun başçısı Maqomed Sirajudinoviç Qurbanova təşəkkür etmək istəyirəm. Tabasaran rayonunun yubileyi ərəfəsində bizim bütün tabasaranlılara və rayonumuza sülh və xeyir diləyirəm. İnsanlar xoşbəxt, ailələrdə rahatlıq olsun, Tabasaran çiçəklənsin və Dağıstanın üzərində aydın, dinc səma olsun.
- Siz də sağ olun. Əlbəttə, görüşəcəyik. Bu bizim sonuncu görüşümüz deyil.


