banner
banner

Sağlamlıq

Mutasiyaya uğrayan virus yayılmaqda davam edəcək

Mutasiyaya uğrayan virus yayılmaqda davam edəcək
Koronavirusun mutasiyaya uğrayan növü ilk dəfə Böyük Britaniyada aşkarlanıb. Hazırda isə yeni növ virusun bütün dünyada sürətlə yayılmağa davam edəcəyi bildirilib.

Bu haqda Britaniyada genetik monitorinq proqramı “Genomics”in rəhbəri professor Şeron Pikok BBC kanalına müsahibəsi zamanı bildirib.

Onun sözlərinə görə, mutasiyaya uğrayan koronavirus dünyanın 50-dən artıq ölkəsində yayılıb və yayılmaqda da davam edir. Bu isə dünyanı virus qasırğasının gözlədiyindən xəbər verir.

Ş.Pikok hazırda elm adamlarının sadəcə insanların həyatını xilas etməklə məşğul olduğunu, gələcək üçün isə heç bir addım atmadığını deyib:

“Gələcəyimiz həyatı təhlükə baxımından böyük narahatlıq doğurur. Əgər qarşısı alınmasa, növbəti 10 il ərzində də bəşəriyyət ölüm riski ilə üz-üzə qalacaq”.

"B117" adlanan virusun yeni ştammının yüzdə 70% daha sürətlə yayıldığı və 60 yaşdan yuxarı insanlarda yüzdə 40% - dək ölümə səbəb olduğu bildirilib.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.