banner
banner

Dünya

Yaponiyada baş vermiş zəlzələdə xəsarət alanların sayı 153-ə çatıb

Yaponiyada baş vermiş zəlzələdə xəsarət alanların sayı 153-ə çatıb

Yaponiyanın Honsü adasının şimal-şərqində, Fukusima prefekturası sahillərində baş vermiş 7,3 bal gücündə zəlzələ nəticəsində azı 12 nəfər ağır xəsarət alıb.

APA TASS-a istinadən xəbər verir ki, bunu Baş nazir Yoşihide Suqa parlamentin aşağı palatasının büdcə komissiyasında müzakirələri zamanı açıqlayıb. Onun sözlərinə görə, bununla da xəsarət alanların ümumi sayı 153 nəfərə çatıb, ölən olmayıb.

“Bu günə olan məlumata əsasən, mənə 12 nəfərin ağır yaralandığı bildirilib, 141 nəfərin xəsarəti isə nisbətən yüngüldür”, - Baş nazir belə deyib.

Baş nazirin sözlərinə görə, sürətli dəmir yolunun zədələnən hissələrindən birində qatarların hərəkəti hələ də bərpa edilməyib. Zəlzələ Honsü adasının şimal-şərqində magistral yolun dağılmasına səbəb olub.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.