banner
banner

Gündəm

"Azərişıq"dan qiymətlərlə bağlı VACİB AÇIQLAMA

"Azərişıq"dan qiymətlərlə bağlı VACİB AÇIQLAMA

“Elektrik enerjisinin ölkədaxili tariflərinin artırılması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir”.

Bunu “Report”a açıqlamasında “Azərişıq” ASC-nin sədrinin müşaviri Tanrıverdi Mustafayev bəzi KİV-lərdə və sosial şəbəkələrdə elektrik enerjisi tariflərinin artırılması ilə bağlı yayılan məlumatları şərh edərkən deyib.

T.Mustafayevin sözlərinə görə, “Azərişıq” elektrik enerjisi tariflərinin artırılması üçün Tarif (qiymət) Şurasına müraciət etməyib.

Qeyd edək ki, bu gün bəzi KİV-lərdə və sosial şəbəkələrdə Tarif (qiymət) Şurası tərəfindən elektrik enerjisi tariflərinin artırılması ilə bağlı məlumatlar yayılıb.

Məlumatda deyilirdi ki, Tarif (qiymət) Şurasnın qərarı ilə hər kVt/s elektrik enerjisinin qiyməti 14 qəpik olacaq.

Xatırladaq ki, hazırda əhali qrupu abunəçilər üçün 300 kVt/s-a qədər 7 qəpik, 300 kVt/s-dan artıq isə 11 qəpikdir. Qeyri əhali qrupu üçün isə qiymət hər kVt/s üçün 11 qəpikdir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.