banner
banner

Gündəm

Qənirə Paşayeva şəhid ataları ilə görüşüb - FOTOLAR

Qənirə Paşayeva şəhid ataları ilə görüşüb - FOTOLAR

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Axıska Türklərinin "Vətən" İctimai Birliyinin başqanı İsmayıl Rəhimov, Birliyin Şimal bölgə başqanı Səlimcan Rizmanov, Birliyin üzvləri olan şəhid ataları - Quba rayonunun Ağbil kənd sakini Mikayıl Bayraxtarov, Qusar rayonunun Ləgərqışlaq kənd sakini Novruz Şirinov, Şabran rayonunun Rəhimli kənd sakini Xalid Həmzəyev və Saatlı rayonunun Fətəlikənd kəndinin sakini Əlləz Dursunovla Milli Məclisdə görüşüb.

Vətən uğrunda mərdliklə döyüşərək öz canını fəda etmiş Battal Bayraxtarov, Vüsal Şirinov, Musa Həmzəyev və Zeynalı Dursunov kimi oğullarla yalnız onların doğmalarının deyil, bütün Azərbaycanın, dünya azərbaycanlılarının fəxr etdiyini deyən Q.Paşayeva, əsgərlərin döyüş yolu və ailələrinin qayğıları ilə yaxından maraqlanıb.

Q.Paşayeva Axıska Türklərinin "Vətən" İctimai Birliyinin gənclərin hərbi-vətənpərvərlik tərbiyəsində özünəməxsus rol oynadığını, şəhid ailələrinə, yaralı qazilərə diqqət-qayğı göstərdiyini məmnunluqla vurğulayıb, görüş iştirakçılarını işğalçı düşmən üzərində qələbə münasibətilə təbrik edib:

"Təbriki, təşəkkürü ən çox şəhid valideynlərimiz haqq edir.

Biz şəhid ailələrimizə çox minnətdarıq!

Şəhid əsgərlərimizin ruhu qarşısında dərin ehtiramla baş əyir, yaralı qazilərimizə tezliklə sağalmalarını diləyirik"!

Axıska Türklərinin "Vətən" İctimai Birliyinin başqanı İsmayıl Rəhimov görüş iştirakçıları adından Komitə sədrinə təşəkkür edib. Komitə sədri Q.Paşayeva görüşdə iştirak edən bütün qonaqlara xatirə hədiyyələri təqdim edib.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.