banner
banner

Gündəm

“Relax”da Xocalı soyqırımını belə “anacaq”lar: Konsert, diskoteka və əyləncə proqramları.. - FOTO

“Relax”da Xocalı soyqırımını belə “anacaq”lar:
Deputat İqbal Məmmədova məxsus Lerikdəki “Relax” İstirahət Mərkəzi fevralın 26-sı və 27-də xüsusi kampaniya elan edib.

Asiya.az xəbər verir ki, artıq bir neçə gündür İstirahət Mərkəzinin rəsmi səhifəsində bununla bağlı elan yerləşdirilib. Həmin elanda qeyd edilir ki, “Relax” fevralın 26 və 27-si, həftə sonu ilə əlaqədar kampaniya keçirir. Kampaniyaya bir gecə, iki gün olmaqla yanaşı, uşaqlar üçün əyləncələrin təşkili, konsert proqramı, diskoteka və digər əyləncələr nəzərdə tutulub. Bunun üçün isə 79 manat pul ödənilməsi lazımdır.

Kampaniyanın həqiqi olub-olmadığı ilə bağlı “Relax”ın nümayəndəsi ilə telefon əlaqəsi saxlayan Asiya.az-ın əməkdaşına bildirilib ki, belə bir proqram nəzərdə tutulub və İstirahət Mərkəzində yerləşmək üçün əvvəlcədən rezerv etmək lazımdır. O, qeyd edib ki, diskotekaların, konsertlərin və uşaq əyləncələrinin təşkili üçün bütün tədbirlər görülüb.
 
1614156580_2.jpg (173 KB)
 
Məsələ ilə bağlı “Relax” İstirahət Mərkəzinin sahibi, deputat İqbal Məmmədovla da əlaqə saxladıq. Deputat Asiya.az-ın əməkdaşına bildirib ki, “Relax İstirahət mərkəzinə mənim heç bir adiyətim yoxdur”.

Qeyd edək ki, fevralın 26-sı hər il Azərbaycanda Xocalı Soyqırımı Günü kimi qeyd olunur. Hər il dövlət başçısı və ailə üzvləri daxil olmaqla, bütün hökumət və ictimai-siyasi kəsim, habelə ölkə əahlisi Xətai rayonu ərazisində yerləşən “Xocalı Abidəsi”ni ziyarət edirlər. Bundan başqa, bütün dünyada yaşayan azərbaycanlılar hər il fevralın 26-da yaşadıqları ölkələrdə Xocalı Faciəsini qeyd edir, bunun üçün yürüşlər və aksiyalar təşkil edirlər. Lakin görünən və bilinən odur ki, deputat İqbal Məmmədov üçün Xocalı Soyqırımının heç bir əhəmiyyəti və önəmi yoxdur. Əgər belə bir şey olsaydı, sahibi olduğu İstirahət Mərkəzində məhz fevralın 26-da əyləncə proqramı təşkil etməz və xüsusi endirimlər müəyyənləşdirməzdi. “Relax”da 26 fevralda belə bir proqramın təşkili, xüsusi kampaniyanın təşkil edilməsi Azərbaycan tarixinə, onun ən qanlı səhifələrindən biri olan Xocalıda şəhid olan insanlarımızın ruhuna hörmətsizlikdir.

1614156540_5.jpg (97 KB)
1614156506_6.jpg (85 KB)
1614156533_3 (1).jpg (81 KB)
1614156558_4.png (74 KB)
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.