banner
banner

Gündəm

“YAŞAT” Fondu: Hər üç qazimiz diqqət mərkəzindədir

“YAŞAT” Fondu:

“YAŞAT” Fondu son günlər sosial şəbəkələrdə qazilərimiz Cahangir Əliyev, Hüseyn Mustafayev, Səbuhi Hüseynli ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

“YAŞAT” Fondundan  bildirilib ki, hər üç qazimiz “YAŞAT” Fondunun diqqət mərkəzindədir:

"Onların hər birinin səhhətinə xüsusi həssaslıqla yanaşırıq. Qazimiz Cahangir Əliyevin ailəsi “YAŞAT” Fonduna qazimizin müalicəsinin getdiyini, tibbi zərurətlə bağlı yox, maddi yardım istədiyini bildirib və Fond tərəfindən seçilən istiqamət üzrə ailəyə maddi yardım edilib. Buna baxmayaraq qazimiz “YAŞAT” Fondunun təşəbbüsü ilə Türkiyədən və İsraildən dəvət olunan həkim heyəti tərəfindən müayinə olunub. Müayinə nəticələri əsasında müvafiq qərar qəbul ediləcəkdir. Hazırda isə qazimizin Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicəsi davam etdirilir.

Qazimiz Hüseyn Mustafayev Türkiyədən dəvət olunan həkim heyəti tərəfindən müayinə olunub və həkim rəyinə əsasən xaricə təyyarə ilə aparılması həyatı risk daşıyır. Ancaq ailəsi onun Türkiyədə müalicə olunmasında israr etdiyi üçün ailənin məsuliyyəti və yazılı razılığı əsasında qazimizin yaxın günlərdə müalicə və reabilitasiya prosesi ilə bağlı xüsusi ambulans vasitəsilə Türkiyəyə göndərilməsi nəzərdə tutulub.

Qazimiz Səbuhi Hüseynli Türkiyədən dəvət olunan həkim heyəti tərəfindən müayinə olunub və həkim rəyinə əsasən hələ də komada olduğundan müalicə üçün xaricə göndərilməsi çox riskli hesab olunur. Bu səbəbdən qazimizin beyin əməliyyatı üçün "YAŞAT" Fondu tərəfindən Türkiyədən xüsusi həkim gətiriləcəkdir.

Allah qazilərimizə şəfa versin!".

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.