banner
banner

Dünya

İsveçdə səkkiz nəfəri yaralayan şəxs saxlanıldı

İsveçdə səkkiz nəfəri yaralayan şəxs saxlanıldı

İsveçin Vetlanda şəhərində naməlum şəxs soyuq silahla səkkiz nəfəri yaralayıb.

“Report”un məlumatına görə, bu barədə “AFP” agentliyi polisə istinadən xəbər verib.

Yaralılardan ikisinin vəziyyəti ağır kimi qiymətləndirilir. İsveç Daxili İşlər Nazirliyi hücumu terror aktı kimi nəzərdən keçirir.

İyirmi yaşlı hücumçu zərərsizləşdirilib. Həbs zamanı ayağından yaralanan cinayətkar xəstəxanaya yerləşdirilib.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.