banner
banner

Hərbİ

Hərbi gəmi hərəkətə keçdi

Hərbi gəmi hərəkətə keçdi

Yəməndə husi üsyançılarına dəstək olmaqda ittiham edilən İran münaqişənin sülh yolu ilə həllinə çalışdığı bir vaxtda Amerika Birləşmiş Ştatları Yəmən sahillərinə aviadaşıyıcı cəlb edib.

ANS PRESS-in məlumatına görə, Vaşinqton İran gəmilərinin husilərə silah daşımasına dair xəbər yayıldıqdan sonra belə bir adıdm atıb.

Lakin Amerika hökuməti aviadaşıyıcının Ədən körfəzində naviqasiyanın müdafiəsi və ticarət prosesinin təmin olunması məqsədilə bölgəyə cəlb olunduğunu iddia edir. Ağ Evin mətbuat katibi Coş Örnst bu barədə açıqlama verib.

Coş Örnst: “Bu bölgə dünyada ən vacib əhəmiyyətə malik ticarət bölgəsidir. Buraya enerji nəqliyyatı, ərzaqların daşınması da daxildir”.

“İranın husilərə dəstək olması, xüsusilə, onları silahla təchiz etməsi bizi dərindən narahat edir. Biz bu barədə açıq şəkildə narahatlığımızı ifadə etmişik. Yəməndə ciddi zorakılıqlar müşahidə olunur, ölkədə humanitar böhran yaranıb. Münaqişənin yeganə həlli danışıqlarla mümkün ola bilər. Ona görə də tərəfləri silahı tərk etməyə və sülh prosesinə qoşulmağa çağırırıq”, - deyə Coş Örnst bildirib. 

Amerika hökumətinin Ədən körfəzinə aviadaşıyıcılar cəlb edəcəyinə dair İrana əvvəlcədən məruzə edib-etmədiyi isə, məlum deyil.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.