banner
banner

Sosİal

Yol Polisindən xəbərdarlıq

Yol Polisindən xəbərdarlıq

Bakı yol polisi paytaxtda çiskinli və yağmurlu hava şəraiti ilə bağlı sürücüləri diqqətli olmağa çağırıb.

Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədovun verdiyi məlumata görə, yağışlı və çiskinli hava şəraitində sürücülər sürət həddinə, yol və meteoroloji şəraitə lazımınca diqqət yetirməlidirlər.

V.Əsədov deyib ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərin nəzərinə çatdırır ki, yağışlı hava şəraiti avtomobilin asfalt yol üzərində sürüşməsinə, əyləc basıldığı zaman istər-istəməz avtomobilin müvazinətinin itirilməsinə və tormoz məsafəsinin uzanmasına səbəb olur: “Sürücülər ilk növbədə tərkibində rezin məmulatının faizi yüksək olan mövsümi təkərlərdən istifadə etməlidirlər.

Belə hava şəraitində sürücülər avtomobilin texniki cəhətdən saz olmasına, xüsusilə şüşəsilənin işlənməsinə, işıq cihazlarından düzgün istifadə olunmasına diqqət yetirilməlidir”.

Qeyd edək ki, Azərbaycan sinoptikləri noyabrın 5-ə qədər ölkə ərazisində qeyri-sabit, yağmurlu hava şəraitinin üstünlük təşkil edəcəyini açıqlayıb.(Trend)



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.