banner
banner

Sosİal

Nazirlikdən ƏHALİYƏ XƏBƏRDARLIQ: "Diqqətli olun!"

Nazirlikdən ƏHALİYƏ XƏBƏRDARLIQ:

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova ölkə ərazisində havanın dəyişəcəyi ilə əlaqədar əhalidən diqqətli və ehtiyatlı olmalarını xahiş edib.

nazirlik rəsmisi mart ayının qeyri-sabit keçən ay olmasını xatırladıb.

O qeyd edib ki, bu ay dəyişkən hava hadisələri gözləniləndir: "Mart ayı üçün xarakterik olan güclü küləyin əsəcəyini nəzərə alaraq vətəndaşlara müraciət edirik ki, ehtiyatlı davransınlar, nəqliyyat vasitələrini iri gövdəli ağacların altında saxlamasınlar, ən əsası uşaqları küləkli havada nəzarətsiz buraxmasınlar. Çünki güclü külək nəticəsində hətta sağlam, irigövdəli ağacların belə aşma, budaqlarının sınma təhlükəsi var”.

İ.İbrahimova bildirib ki, hava şəraiti ilə əlaqədar ictimaiyyətə mütəmadi yenilənmiş məlumatlar təqdim olunacaq.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.