"Azərbaycanda risk qrupuna daxil olan insanların böyük əksəriyyətinə peyvənd vurulub və proses artıq yekunlaşmaq üzrədir". Bunu ARB24-ün "Nə baş verir?" verilişinə müsahibəsində həkim İmran Mirizadə deyib. O bildirib ki, ölkədə risk qrupundan sonra digər kateqoriyanın peyvəndlənmə prosesinə davam ediləcək:
"Hesab edirəm ki, Azərbaycanda peyvəndlənmə prosesi ləng gedir. Yaxın vaxtlarda bu prosesin daha da sürətlənəcəyinə inanıram. Virusdan qurtulmağın yeganə yolu peyvənd olunmaqdır. Risk qrupuna daxil olan şəxslərin peyvəndlənməsi bitdikdən sonra, yəqin ki, digər qrupa daxil olan insanlara peyvənd vurulacaq. Hazırda isə peyvənd vurulan şəxslərin sayı çox olmadığı üçün bu, yoluxma sayına o qədər ciddi təsir etmir".
Həkim onu da qeyd edib ki, qarşıdakı günlərdə yoluxma sayı kəskin artarsa, tam qapanmaya gedilə bilər:
"Düşünmürəm ki, üçüncü dalğa ikinci kimi sərt olacaq. Bundan sonrakı məhdudiyyətlərin tətbiqi yoluxma sayının artımından asılı olacaq. Məncə, yoluxma sayı artarsa, SMS icazə sistemi və tam qapanma tətbiq edilə bilər. Rəqəmlərdə artım olmasının səbəbi ictimai nəqliyyatda, kafe-restoran və digər qapalı iaşə obyektlərində virusun yayılması üçün münbit şəraitin olmasıdır.(milli.az)
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.