Los-Ancelesdə "Qremmy 2021" mükafatlandırma mərasimi baş tutub.
CİA.az xəbər verir ki, dünya mediasını gecə ilə bağlı xəbərlər bəzəyib. Hər kəs qırmızı xalçaya çıxanları, onların geyimlərini və siyahıda yer alan ulduzları müzakirə edir.
Siyahı da yenə də Beyons yer alıb. O, "Ən yaxşı R&B ifaçısı" və "Ən yaxşı musiqi videosu" nominasiyasında mükafata layiq görülüb. Bununlada onun kolleksiyasında 28 "Qremmy" mükafatı var.
Repçi Megan Thee Stallion isə bu il ilk dəfə mükafata layiq görülüb. O, ilin ən yaxşı yeni ifaçısı seçilib. Siyahıya Qazaxıstandan olan müğənni İmanbek Zeykenov da daxil olub.
Mükafatlandırılanların siyahısı aşağıdakı kimidir:
İlin albomu - "Folklore" Teylor Svift
İlin bəstəsi - "Everything I Wanted" Billi Ailiş
İlin mahnısı - "I Can't Breathe" H.E.R.
Ən yaxşı yeni ifaçı - Meqan Thee Stallion
Ən yaxşı rep mahnı - Savage (feat Beyons), Meqan Thee Stallion
Ən yaxşı rep ifaçısı - Savage , Meqan Thee Stallion
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.