banner
banner

Gündəm

"Britaniya ştammını uşaqlar ağır keçirəcəklər"- TƏBİB rəsmisi

"Britaniya ştammını uşaqlar ağır keçirəcəklər"-

Azərbaycanda koronavirusa yoluxma sayının artmasını Britaniya ştammı ilə əlaqələndirmək doğru deyil.

Bunu ARB24-ün “Nə baş verir?” verilişinə açıqlamasında TƏBİB-in Yoluxucu xəstəliklər üzrə İşçi qrupunun rəhbəri, infeksionist Vasif Əliyev deyib. O bildirib ki, hansı ştammın olmasından asılı olmayaraq insan təması yüksək olan yerlərdə yoluxma sayları artacaq:

“Koronavirusa yoluxan şəxs onun Britaniya ştammı olub-olmamasını özü müəyyənləşdirə bilməz. Vətəndaşa da onda hansı ştamm olması barədə məlumat verilmir. Ştamdan asılı olmayaq, müalicədə hansısa fərqlilik yoxdur. Tək fərq odur ki, bu virusun yoluxuculuq qabiliyyəti daha yüksəkdir”.

Vasif Əliyev onu da qeyd edib ki, Britaniya ştammını uşaqlar ağır keçirəcək.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.