banner
banner

Dünya

"Facebook" Venesuela prezidentinin hesabını dondurub

"Facebook" Venesuela prezidentinin hesabını dondurub

"Facebook" COVID-19 haqqında yalnış məlumat yayılmasına qarşı siyasəti pozduğuna görə Venesuela prezidenti Nikolas Maduronun sosial şəbəkədəki hesabını dondurub.

APA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, bu barədə "Facebook"un sözçüsü məlumat verib.

O bildirib ki, Venesuela prezidenti rəsmi "Facebook" hesabında yanvar ayında video paylaşıb. Bu videoda prezident Maduro kəklikotu bitkisindən istehsal olunan "Carvativir" dərmanının heç bir yan təsir buraxmadan yeni növ koronavirus infeksiyasını təsirsiz hala gətirən "möcüzə" kimi xarakterizə edib, lakin bu iddia həkimlər tərəfindən təsdiqlənməyib.

"Ümumdünya Səhiyyə Təşkilatı hazırda bu virusu müalicə edəcək bir dərman olmadığını söyləyir və biz bu siyasəti izləyirik. Qaydalarımızı dəfələrlə pozduğu üçün prezidentin səhifəni 30 gün ərzində dondururuq", - "Facebook"un sözçüsü deyib.

O əlavə edib ki, bu barədə Maduro Administrasiyası artıq məlumatlandırılıb.

"Facebook" rəsmisi bildirib ki, bu məhdudiyyət Venesuela prezidentinin "Instagram" hesabına tətbiq olunmur.

 

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.