banner
banner

Hərbİ

10 erməni hərbçisi məhv edildi

10 erməni hərbçisi məhv edildi

Müdafiə Nazirliyinin ötən gün Ermənistan Silahlı Qüvvələrilə baş vermiş döyüş toqquşmasında 5 nəfər erməni hərbçisinin ölümü, 10 nəfərədək yaralının olması barədə açıqlamasının ardınca, qarşı tərəfin daha bir ciddi itkisilə nəticələnən mina partlayışı xəbəri yayılıb.
Cia.az-ın məlumatına görə, təmas xəttində minaların partlamasını əks etdirən görüntülər yayılıb. Kadrlar cəbhənin Ermənistan Silahlı Qüvvələrinin nəzarətində olan ərazidə lentə alınıb. 
Kadrlarda erməni hərbçiləri daşıyan iki maşının hərəkət etdiyi və ard-arda minaların partlaması görünür.
Ermənistan mətbuatının yaydığı mlumata görə, aprelin 21-də baş vermiş mina partlayışı nəticəsində 10 erməni hərbçisi ölüb. Yaralılar var. 
Erməni mətubatı qondarma soyqırımı qeyd etəməyə hazırlaşan rəsmi İrəvanın bu məlumatı gizlətdiyini və Azərbaycan tərəfinin guya təxribat törətməsi barədə məlumatlar yaydığını qeyd edir.

Müdafiə Nazirliyi aprelin 21-də cəbhənin Tərtər istiqamətində erməni silahlı birləşmələri ilə döyüş toqquşması baş verməsi barədə məlumat yaymışdı. Həmin xəbərdə deyilir ki, qısa müddətli döyüşdə Azərbaycan Silahlı Qüvvələrin bölmələri düşmənə ağır zərbə endirib. Nəticədə düşmənin 5 hərbçisi məhv edilib,10 nəfərədək yaralısı var.
Bu arada müdafiə naziri Zakir Həsənov təmas xəttində yerləşən bütün şəxsi heyətə hərəkət edən istənilən hərbi obyekti dərhal məhv etmək tapşırığı verib və bu əmr qeyd-şərtsiz yerinə yetirilir.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik ilə görüşdə müdafiə naziri diqqətə çatdırıb ki, Azərbaycan Silahlı Qüvvələrin bölmələri hər dəfə düşmənin atəş nöqtələrini susdurmaq məqsədilə effektiv cavab tədbirləri görür: "Azərbaycan ordusu işğalçıları məhv etməyə daim hazırdır. Silahlı qüvvələrin arsenalında, yerli və digər ölkələrin hərbi-sənaye komplekslərinin istehsalı olan keyfiyyətli, yüksək dəqiqliyə və geniş ərazidə dağıdıcı qüvvəyə malik, silahlanmaya qəbul edilmiş yeni silahlar sayəsində bu vəzifəmizi layiqincə yerinə yetirəcəyik".

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.